Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Bu barədə "Sizinxeber.az"a Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Tədbir Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Xəzər Universitetinin və "Lachin Resort & Spa" İstirahət Kompleksinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Əvvəlcə torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə Xəzər Universitetinin qızlardan və oğlanlardan ibarət rəqs ansamblı çıxış edib.
Proqram çərçivəsində görkəmli sənətkarların, respublika və beynəlxalq müsabiqələr laureatlarının repertuarlarından musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları təqdim olunub.
Tədbir çıxışlarla davam edib.
Oxşar xəbərlər
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti sığortaçı seçir
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti sığortaçı seçib
Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsert keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
