Haaqada meriyanın binasında partlayış törətməklə hədələyən kişi saxlanılıb
sizinxeber.az xəbər saytı

Haaqada meriyanın binasında partlayış törətməklə hədələyən kişi saxlanılıb


Haaqada şəhər meriyasının binasında yanında partlayıcı qurğunun olduğunu bildirən 28 yaşlı kişi polisi tərəfindən saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.

Kişi bel çantası ilə meriyanın binasına daxil olaraq mühafizə işçilərinə guya yanında bomba olduğunu bildirib.

Hadisə nəticəsində meriyanın binasının, eləcə də yaxınlıqdakı küçələrin və obyektlərin təxliyəsi barədə qərar qəbul edilib.

Hadisə yerinə xüsusi əməliyyatlar xidmətinin bölmələri və danışıqçılar göndərilib, onlar kişi ilə əlaqə saxlayıblar. Qeyd olunur ki, o, polislə əməkdaşlıq edib.

Yoxlama zamanı onun yanında partlayıcı maddələr aşkar edilməyib. Polisin məlumatına görə, saxlanılan şəxs əvvəllər hüquq-mühafizə orqanlarına qeyri-sabit davranışı olan şəxs kimi bilinirdi.

Hadisənin şahidlərinə psixoloji yardım təklif olunub.

Oxşar xəbərlər

Haaqada partlayışla əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb
Varşava Universitetində baltalı kişinin hücumu nəticəsində bir qadın ölüb
İrəvan meriyasının bir neçə əməkdaşı saxlanılıb
Braziliyada kişi Ali Məhkəmənin binası qarşısında özünü partladıb
İsveçdə naməlum şəxs avtomobillə Rusiya səfirliyinin ərazisinə daxil olmağa cəhd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər