Elnur Məmmədov 5-ci Xəzər Biznes Forumunda Azərbaycanın COP29-a hazırlığı barədə danışıb
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Xəzərdə dayanıqlı gələcəyin qurulması: əlaqəlilik və iqlim tədbirləri" mövzusunda keçirilən 5-ci Xəzər Biznes Forumunda iştirak və çıxış edib.
"Sizinxeber.az" xəbər verir ki, nazir müavini Azərbaycanın əlaqəliliyin genişləndirilməsinə yanaşmasını vurğulayıb və ölkənin quru ilə bağlı olan ölkədən, quru ilə əlaqələnmiş ölkəyə çevrildiyini bildirib.
Elnur Məmmədov, həmçinin Azərbaycanın Orta, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı və Rəqəmsal İpək Yolu layihəsi ilə bağlı göstərdiyi səylər haqqında ətraflı məlumat verib.
Nazir müavini, Azərbaycanın azad edilmiş ərazilərdə başladığı və ölkəmiz tərəfindən “yaşıl enerji zonaları” elan olunan yaşıl təşəbbüslər barədə də danışıb.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində konvensional və təmiz enerjinin balanslaşdırılması, həmçinin ədalətli, nizamlı və bərabər keçid üçün təşəbbüslər, o cümlədən iqlim tədbirlərinin irəliləməsi məqsədilə bütün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq məsələləri də diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Azərbaycanlı diplomat 5-ci Xəzər Biznes Forumunda iştirak edib
Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
Elnur Soltanov: COP29-da hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
