SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
20:00
0
0
1 452
ff aaaaaaa

SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır

28 may, 2026
20:00
1 452

SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır

İran ordusunun bütün bölmələri ən yüksək hazırlıq səviyyəsindədir və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazırdır.

"Sizinxeber.az" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə bəyan edib.

"Biz hələ müharibədən əvvəl, keçmiş təcrübəyə əsaslanaraq, hazırlığın artırılması prosesinə başlamışdıq, son müharibədən sonra isə müxtəlif bölmələr arasında koordinasiya və qarşılıqlı əlaqə daha da gücləndirilib.

Döyüş əməliyyatları dayandırıldıqdan dərhal sonra son təcrübəyə əsaslanan təlimlər və yeni məşqlər başlayıb və bu gün korpusun ən mürəkkəb şəraitdə cavab vermə, müqavimət göstərmə və təhlükəsizliyin təmin edilməsi üzrə hazırlığı əvvəlkindən xeyli yüksək və güclüdür", - S. Həsənzadə bildirib.

Qeyd edək ki, bu bəyanat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İranı atəşkəs rejimini pozmaqda ittiham etməsindən sonra yayılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul