Xarici işlər nazirinin müavini 5-ci Xəzər Biznes Forumunda çıxış edib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Xəzərdə dayanıqlı gələcəyin qurulması: əlaqəlilik və iqlim tədbirləri" mövzusunda keçirilən 5-ci Xəzər Biznes Forumunda iştirak və çıxış edib.
APA xəbər verir ki, nazir müavini Azərbaycanın əlaqəliliyin genişləndirilməsinə yanaşmasını vurğulayıb və ölkənin quru ilə bağlı olan ölkədən, quru ilə əlaqələnmiş ölkəyə çevrildiyini bildirib.
Elnur Məmmədov, həmçinin Azərbaycanın Orta, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı və Rəqəmsal İpək Yolu layihəsi ilə bağlı göstərdiyi səylər haqqında ətraflı məlumat verib.
Nazir müavini, Azərbaycanın azad edilmiş ərazilərdə başladığı və ölkəmiz tərəfindən “yaşıl enerji zonaları” elan olunan yaşıl təşəbbüslər barədə də danışıb.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində konvensional və təmiz enerjinin balanslaşdırılması, həmçinin ədalətli, nizamlı və bərabər keçid üçün təşəbbüslər, o cümlədən iqlim tədbirlərinin irəliləməsi məqsədilə bütün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq məsələləri də diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Elnur Məmmədov 5-ci Xəzər Biznes Forumunda Azərbaycanın COP29-a hazırlığı barədə danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı diplomat 5-ci Xəzər Biznes Forumunda iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsində çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya ilə COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












