Maliki: İranın təkliflərinin böyük hissəsi qəbul edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
20:00
0
0
1 345
ff aaaaaaa

Maliki: İranın təkliflərinin böyük hissəsi qəbul edilib

28 may, 2026
20:00
1 345

Maliki: İranın təkliflərinin böyük hissəsi qəbul edilib

ABŞ ilə İran arasında danışıqlar prosesində irəliləyiş müşahidə olunub.

"Sizinxeber.az" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.

"Danışıqlar prosesində əhəmiyyətli irəliləyiş müşayiət olunub və İranın təkliflərinin böyük hissəsi qəbul edilib", - F. Maliki bildirib.

Onun sözlərinə görə, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətərə səfəri çərçivəsində İranın dondurulmuş aktivləri də müzakirə edilib: "Maliyyə resurslarının sərbəst buraxılması məsələsində müsbət qiymətləndirmələr qeydə alınıb".

Qeyd edək ki, mayın 27-də Qətər danışıqları barədə məlumat yayılıb və ABŞ ilə İran arasında imzalanacaq memorandumun 14 bənddən ibarət olacağı açıqlanıb.

Mayın 28-də isə "Axios"da ABŞ və İranın anlaşma memorandumu ilə bağlı razılığa gəldiyi barədə informasiya yayılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul