Baş məşqçi Çingiz Mustafayev: "Komandamız olimpiada hədəfinə çatmaq potensialına malikdir"
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin hədəfi olimpiadada təmsil olunmaqdır.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Çingiz Mustafayev açıqlamasında bildirib.
Mütəxəssis bu məqsədə çatacaqlarına inandıqlarını bildirib:
"Hədəfimiz olimpiadada təmsil olunmaqdır. İnanıram ki, bu dəfə bu məqsədə nail olacağıq. Düzdür, qarşıda görüləcək çox iş var. Amma bu komanda qarşıya qoyulan hədəfə çatmaq potensialına malikdir".
Ç.Mustafayev Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda altıncı yeri tutmaları barədə də fikirlərini bölüşüb:
"Bu nəticə bizi sevindirir. Çünki uzun müddət zədədən əziyyət çəkən və bir o qədər də bərpa prosesi keçən Anna Başta artıq əvvəlki formasını yığmaya başlayıb. Amma hələ də sahib olduğu liderlik keyfiyyətlərinin hamısını sərgiləməyə tam hazır deyil. Ümumilikdə komandamızın bütün üzvlərinin çıxışından razıyam. Yaponiya və Koreya kimi güclü rəqiblərə qalib gəldik. Koreya son olimpiadanın mükafatçısıdır. Polşa və İtaliya kimi komandalarla görüşlərdə sona qədər mübarizə apardıq, qələbə üçün cəmi 1-3 xal çatmadı. Hədəfimiz olimpiadada təmsil olunmaqdır".
Xatırladaq ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma Dünya Kubokunda komanda yarışında 24 ölkə arasında 6-cı olub.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatında optimal heyətlə daha artığına ümid edə bilərdik"
Azərbaycan millisinin baş məşqçisi: "Avropa birinciliyində komandanın liderlərinin çıxışından razı qalmadım"
Vitali Borisov: "Qarşıya qoyulan məqsədə çata bilmədiyimiz üçün Azərbaycan millisi ilə müqaviləm yenilənmədi"
Türkiyə millisinin üzvü: Azərbaycan avarçəkəninin olimpiadada uğur qazanacağına inanıram
Azərbaycanın millisinin analitiki: "Yığmaya faydalı olacağıma inanıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
