Dövlət Agentliyi: Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib
sizinxeber.az xəbər saytı

Dövlət Agentliyi: Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb.

"Report" bu barədə Antiinhisar Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, araşdırma Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim edilməməsi ilə bağlı aparılıb, sözügedən maddənin tələblərinin pozulması əlamətləri müəyyən edilib.

Bununla belə, araşdırma yekunlaşana qədər qanunvericiliyin pozulması halı könüllü şəkildə aradan qaldırılıb. Bu səbəbdən Antiinhisar Nəzarət Dövlət Agentliyi araşdırmaya xitam verilməsi barədə qərar qəbul edib.

Oxşar xəbərlər

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dövlət Agentliyi “Baku Electronics”in fəaliyyətini araşdırıb
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər