Riqada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub
Riqada Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma işləri və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
"Sizinxeber.az" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Riqa şəhərində Azərbaycan və Latviya Xarici İşlər Nazirlikləri (XİN) arasında strateji dialoqun növbəti iclasında müzakirə edilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə də toxunulub.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.
Səfər çərçivəsində nazir müavini F. Rzayev həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində dəyirmi masa müzakirələrində iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan - Litva əməkdaşlığının genişləndirilməsi nəzərdən keçirilib
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr baş tutub
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
