Britaniya səfiri: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz üçün dönüş nöqtəsi olacaq
sizinxeber.az xəbər saytı

Britaniya səfiri: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz üçün dönüş nöqtəsi olacaq


Böyük Britaniya Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda əldə olunmuş mühüm irəliləyişi alqışlayır və bunu regionda dayanıqlı sülh üçün tarixi fürsət kimi qiymətləndirir.

Bunu Sizinxeber.az-ya müsahibəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld deyib.

“Biz hər iki ölkəni hər hansı sazişin icrasında, xüsusilə də Böyük Britaniyanın sübut olunmuş təcrübəyə malik olduğu sahələrdə dəstəkləməyə hazır praktiki tərəfdaş kimi çıxış edirik”, - səfir bildirib.

Fergus Auldun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz regionu üçün dönüş nöqtəsi olacaq.

“Böyük Britaniya həmişə inanıb ki, dayanıqlı sülh yalnız dialoq, qarşılıqlı hörmət və qonşular arasında praktiki əməkdaşlıq sayəsində mümkündür. Biz sınaqdan çıxmış həllər təklif edə bilərik: sərhədlərin demarkasiyası üçün texniki yardım; icmaların təhlükəsizliyini təmin edəcək və torpaqları məhsuldar edəcək dünya səviyyəli mina təmizləmə imkanları; eləcə də iqtisadi əlaqəlilik layihələrinə dəstək”, - o əlavə edib.

Oxşar xəbərlər

Səfir: Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri müstəsna xarakter daşıyır
Britaniyanın dövlət naziri Azərbaycana səfər edəcək
Rubio: ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişini alqışlayır
Britaniya səfiri: COP29-da razılığa nail olmaq üçün bütün tərəflərlə işləməyə hazırıq
Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər