Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Kipr məsələsi üzrə şəxsi nümayəndəsi (Kolumbiyanın keçmiş xarici işlər naziri) Mariya Angela Holqin Kuelyarı Ankarada qəbul edib və Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
"Görüşdə Kipr məsələsi ilə bağlı son proseslər qiymətləndirilərək, şəxsi nümayəndənin ötən həftə adadakı iki liderlə həyata keçirdiyi təmaslar müzakirə edilib", - məlumatda bildirilib.
H. Fidan vurğulayıb ki, Türkiyə Kipr məsələsində ən real həllin adadakı iki dövlətin yanaşı mövcudluğu olduğuna inanır.
O, Kiprin türk əhalisinin ayrılmaz hüquqları olan suveren bərabərliyi və beynəlxalq statusu tanımayan yanaşmaların nəticə verməyəcəyini qeyd edib.
Oxşar xəbərlər
BMT-də Kipr mövzusunda genişləndirilmiş formatlı qeyri-rəsmi toplantı keçiriləcək
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Hakan Fidan BMT baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Ərdoğan: Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq
Türkiyə XİN ABŞ və Kipr arasında müdafiə sahəsində əldə olunan razılaşmaları pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
