"Bank of America" neft qiymətinin artım proqnozunu azaldıb
sizinxeber.az xəbər saytı

"Bank of America" neft qiymətinin artım proqnozunu azaldıb


Hörmüz boğazı vasitəsilə gəmiçiliyin tam bərpa olunması cari ildə "Brent" markalı neftin orta qiymətinin bir barel üçün 82 ABŞ dollarına qədər ucuzlaşmasına gətirib çıxara bilər.

"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə "Bank of America"nın analitik hesabatında bildirilib.

Daha əvvəl bank, "Brent"in orta qiymətini bir barel üçün 93 dollar səviyyəsində proqnozlaşdırırdı. Yeni proqnoza görə, vəziyyətin normallaşması halında "Brent" markalı neftin 2026-cı ilin ikinci yarısında bir barel üçün 70-80 dollar aralığında ticarət olunacağı gözlənilir.

Bank qiymətləndirməyə yenidən baxılmasını Hörmüz boğazının tam fəaliyyətinin bərpa olunacağı təqdirdə dünya neft bazarında təklifin mümkün artımı ilə əlaqələndirir.

Qeyd olunur ki, cümə axşamı neft qiymətləri İranın iştirak etdiyi münaqişənin başlamasından sonrakı ticarət dövrünün əvvəlindən bəri ən aşağı səviyyəyə enib. ABŞ və İran arasında münaqişənin dayandırılmasını, Hörmüz boğazının fəaliyyətinin bərpasını və Tehrana qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşma gözləntiləri bazara təzyiq göstərib.

Oxşar xəbərlər

"Brent" markalı neftin qiyməti 10 dollar ucuzlaşıb
“ING Group” “Brent” markalı neftin qiymət üzrə proqnozunu bu il üçün 65 dollara endirib
Trampın Hörmüzlə bağlı açıqlamasından sonra neft qiymətləri aşağı düşüb
"Brent" neftin qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşüb
“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər