Səfir: Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri müstəsna xarakter daşıyır
sizinxeber.az xəbər saytı

Səfir: Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri müstəsna xarakter daşıyır


"Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri müstəsna xarakter daşıyır və hələ də inkişaf etməkdədir".

Bunu Sizinxeber.az-ya müsahibəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld deyib.

"Bu gün Böyük Britaniyada təhsil almış azərbaycanlı mütəxəssislər həm dövlət, həm də özəl sektorda yüksək vəzifələr tutur, bu da insan kapitalına qoyulmuş sərmayənin davamlı dəyərini nümayiş etdirir. “Chevening” və “John Smith Trust” kimi proqramlar vasitəsilə azərbaycanlı tələbələr üçün imkanları genişləndirməkdə davam edirik. Miqyas baxımından isə ən önəmlisi Azərbaycanın Dövlət Təqaüd Proqramıdır. Hər il azərbaycanlı tələbələrin yarıdan çoxu təhsil almaq üçün Böyük Britaniya universitetlərini seçir. Bu fakt göstərir ki, istedadlı gənc azərbaycanlılar Britaniya təhsilinin onların inkişafına, karyera imkanlarının genişlənməsinə kömək edəcəyini bilir və Birləşmiş Krallıqda hər zaman səmimi qarşılanacaqlarını dərk edirlər", - o deyib.

Oxşar xəbərlər

Səfir Fergus Auld: Böyük Britaniya mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirir - MÜSAHİBƏ
Britaniya səfiri: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz üçün dönüş nöqtəsi olacaq
Səfir: Britaniya mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirir - MÜSAHİBƏ
Britaniyanın dövlət naziri Azərbaycana səfər edəcək
Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər