Pezeşkian: ABŞ ilə razılaşma İslam ölkələri arasında birliyin möhkəmləndirilməsi üçün fürsətdir
sizinxeber.az xəbər saytı

Pezeşkian: ABŞ ilə razılaşma İslam ölkələri arasında birliyin möhkəmləndirilməsi üçün fürsətdir


İran ABŞ ilə əldə olunan razılaşmanı regional əməkdaşlığın genişləndirilməsi, İslam ölkələri birliyinin möhkəmləndirilməsi, həmçinin regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün fürsət sayır.

"Sizinxeber.az" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib.

O həmçinin gərginliyin azaldılması və diplomatik prosesin irəlilədilməsindəki roluna görə Qətərə minnətdarlıq edib.

Tərəflər Tehran və Doha arasında strateji münasibətlərin inkişafını və bütün tərəflərin razılaşma üzrə öhdəliklərə əməl etməsinin zəruriliyini vurğulayıblar.

Xatırladaq ki, Qətər Əmiri iyunun 16-da ABŞ ilə İranın iyunun 19-da gözlənilən görüşü və müharibəninin dayandırılması ilə bağlı memorandumun imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid etdiyini bildirib.

Oxşar xəbərlər

Qətər ABŞ-İran dialoqunun əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid edir
İran Prezidenti Qətər əmiri ilə görüşmək üçün Dohada səfərdədir
Pezeşkian Qətər əmirinə ABŞ bazasına zərbələrdən təəssüfləndiyini bildirib
Tramp Qətər əmiri ilə İranı müzakirə etdi
İran Fars körfəzi ölkələri ilə anlaşılmazlıqları aradan qaldırmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər