Tusk: ABŞ öz daimi bazasının Polşada yerləşdirilməsini istisna etmir
sizinxeber.az xəbər saytı

Tusk: ABŞ öz daimi bazasının Polşada yerləşdirilməsini istisna etmir


Varşava ABŞ-dən Polşada Birləşmiş Ştatların hərbi bazasının daimi yerləşdirilməsi məsələsi ilə bağlı müsbət siqnal alıb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Brüsseldə Avropa İttifaqının (Aİ) sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, o, ABŞ müdafiə nazirinin Polşada Amerika qoşunlarının daimi bazasının yerləşdirilməsi planlarına dair məktubunu böyük məmnuniyyətlə qarşılayıb. Baş nazir qeyd edib ki, bu məqsədlə infrastrukturun hazırlanması üzrə Polşa hakimiyyətinin atdığı addımlara Vaşinqtondan belə tez və müsbət reaksiya gözləmirdi.

Tusk vurğulayıb ki, yekun qərar hələ qəbul edilməyib və tərəflər əlavə detalları razılaşdırmalıdırlar. Lakin onun sözlərinə görə, Polşa ölkənin "təhlükəsizlik hissini radikal şəkildə dəyişəcək" təsdiqi almağa xeyli yaxınlaşıb.

Baş nazir Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın təşkilati işlərə və ABŞ tərəfi ilə qarşılıqlı fəaliyyətə verdiyi töhfəni qeyd edərək əlavə edib ki, o, bu məsələ üzrə danışıqların sürətləndirilməsinə ümid edir.

Oxşar xəbərlər

Kosinyak-Kamış: ABŞ Polşada hərbi mövcudluğunu azaltmağı planlaşdırmır
Donald Tusk: Ölkədə qanun pozan əcnəbiləri deportasiya edəcəyik
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
Donald Tusk: Hərbçilərimizi İrana göndərmək niyyətimiz yoxdur
Polşa MN: ABŞ Avropada qoşunların yerləşdirilməsi ilə bağlı yeni plan hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər