Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə edilib


Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək məqsədilə ölkədə səfərdə olan Federal Məclisin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

Bu barədə "Sizinxeber.az"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Əməkdaşlıq Komissiyasının parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan bir sıra digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu vurğulanaraq, növbəti iclasın da uğurla keçdiyi və faydalı müzakirələrin baş tutduğu bildirilib.

Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, parlament sədrləri və deputatlar arasında baş tutan görüşlər bu münasibətlərin daha da genişlənməsinə xidmət edir.

Həmçinin beynəlxalq parlament təşkilatları, o cümlədən, Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Andrey Yatskin: Azərbaycan deputatlarının Dövlət Duması seçkilərini müşahidə etməsini gözləyirik
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Sahibə Qafarova Gürcüstan parlamentinin "Şərəf" medalı ilə təltif edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər