Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 18-də Sulxan Tamazaşvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanını da ziyarət edib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.
Həmin gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.
O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyə xidmət etdiyi qeyd olunub.
Qonaq qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə mövcud sabitlikdən, Bakının dünyanın təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə baş çəkərək fəaliyyəti ilə tanış olublar.
Oxşar xəbərlər
Vilayət Eyvazov Şimali Makedoniya DİN rəhbəri ilə görüşüb
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb
DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Vilayət Eyvazov Qusarda qəbul və sıra baxışı keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
