Slovakiya Baş nazirinin müavini: Bakı dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır
Tarix və müasir inkişafın simvolu olan Bakı şəhəri dayanıqlı şəhərlərin gələcəyinin müzakirəsi üçün uyğun məkandır.
APA xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba WUF13-ün açılış mərasimində çıxışında deyib.
Slovakiya nümayəndəsi bildirib ki, şəhərlər yalnız inkişaf mərkəzləri deyil, həm də qorunmalı və dayanıqlı saxlanılmalı kritik infrastruktur sistemləridir.
O çıxışı zamanı Slovakiyanın BMT-nin Məskunlaşma Proqramının urbanizasiya və dayanıqlı şəhər dayanıqlığı təşəbbüsünə güclü dəstək verdiyini vurğulayıb:
“Biz bu təşəbbüsü praktik və nəticəyönümlü platforma kimi qiymətləndiririk”.
Nümayəndə qeyd edib ki, Slovakiya yalnız siyasi dəstək verməklə kifayətlənmir, həm də ekspertiza paylaşımı və konkret layihələrin icrasında iştirak etməyə hazırdır.
Çıxışda hərbi münaqişələrin şəhərlərə təsiri də xüsusi vurğulanıb.
“Dünyanın bir çox şəhəri hərbi münaqişələrin nəticələri ilə üz-üzədir. İnfrastruktur dağıdılır, əsas xidmətlər pozulur, insanlar məcburi köçkünə çevrilir”,- o qeyd edib.
Onun sözlərinə görə, əsas məsələ yalnız yenidənqurma deyil, uzunmüddətli şəhər canlanmasının təmin edilməsidir və Slovakiya bu prosesdə dəstək göstərməyə hazırdır.
Nümayəndə ölkəsində mənzil fondunun modernləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, Slovakiyada ev təsərrüfatlarının 55 faizi fərdi evlərdə yaşayır və onların əhəmiyyətli hissəsi köhnə tikililərdir.
“Məqsədimiz insanların yaşayış xərclərini mümkün qədər azaltmaqdır”, - o vurğulayıb.
Slovakiya tərəfi enerji səmərəliliyi və iqlim dəyişiklikləri ilə mübarizənin vacibliyini qeyd etsə də, yeni standartların sosial problemlər yaratmamasının vacib olduğunu vurğulayıb.
“İqlim dəyişikliyi ilə mübarizə yeni yoxsulluq və sosial gərginlik yaratmamalıdır”.
Çıxışın sonunda Slovakiya nümayəndəsi ölkəsinin su ehtiyatlarının idarə olunması sahəsində xüsusi təcrübəyə malik olduğunu və bu sahədə digər dövlətlərlə əməkdaşlığa hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Nqa Kor Minq: Bakı müasir inkişafın və gələcəyin simvoluna çevrilib
Slovakiya baş nazirinin müavini Olimpiadanın bağlanış mərasiminə getməkdən imtina edib
Tomaş Taraba: Bu gün dünyada hərbi münaqişələr səbəbindən şəhər infrastrukturu zədələnir
Slovakiya XİN: Rusiya-ABŞ danışıqları Ukrayna ilə bağlı nizamlanmaya töhfə verəcək
Slovakiya Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
