Çjan Qotsin: Çin insan mərkəzli yeni urbanizasiya modelini irəli sürür
sizinxeber.az xəbər saytı

Çjan Qotsin: Çin insan mərkəzli yeni urbanizasiya modelini irəli sürür


Çin insan mərkəzli yeni urbanizasiya modelini irəli sürür və beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi Çjan Qotsin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammitində bəyan edib.

Onun sözlərinə görə, Çin insan mərkəzli yeni urbanizasiya modelini ardıcıl olaraq həyata keçirir.

"Si Cinpin qeyd edirdi ki, "şəhərlər insanlar üçün insanlar tərəfindən və insanların xatirinə tikilir". İnsanlar üçün innovativ, yaşamaq üçün rahat, gözəl, dayanıqlı, mədəni, "ağıllı" və müasir şəhərlər qurmaq vacibdir. "İnsanlar üçün şəhərlər" baxışını rəhbər tutan Çin hazırda mərkəzdə insanın yer aldığı yeni urbanizasiya modelini irəli sürür. Çinin şəhər əhalisinin sayı 2012-ci ildəki 720 milyondan 2025-ci ildə 950 milyona yüksəlib. Çin dünyada ən böyük şəhər mənzil təminatı sistemini yaradıb. Şəhər əhalisinin adambaşına düşən yaşayış sahəsi 40 kvadratmetrdən çoxdur", - xüsusi nümayəndə əlavə edib.

Oxşar xəbərlər

Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Elçin Babayev: "Azərbaycan şəhər inkişafının yeni modelini formalaşdırır"
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
Bakının WUF 13-ə ev sahibliyi etməsi Azərbaycanın qlobal nüfuzundan xəbər verir - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər