Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib
Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti Vilayət Eyvazovun dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.
V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.
O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın xalqların mənafelərinə, bölgədə təhlükəsizliyə xidmət etdiyi qeyd olunub.
Qonaq səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanın sürətli inkişafından, ölkədə mövcud sabitlikdən, Bakının dünyanın təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsinə baş çəkərək fəaliyyəti ilə tanış olublar.
Oxşar xəbərlər
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb
Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri təyin edilib
Vilayət Eyvazov Şimali Makedoniya DİN rəhbəri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
