İstanbul Texniki Universitetinin professoru: "Türkiyədə su böhranı dərinləşir"
sizinxeber.az xəbər saytı

İstanbul Texniki Universitetinin professoru: "Türkiyədə su böhranı dərinləşir"


Türkiyədə su itkiləri və qeyri-səmərəli idarəetmə su böhranını dərinləşdirir.

"Sizinxeber.az" xəbər verir ki, bunu İstanbul Texniki Universitetinin professoru Bülent İnanç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi üçün Dayanıqlı Mənzil Maliyyələşdirilməsinin Regional Perspektivləri" adlı tədbirdə bildirib.

Professorun sözlərinə görə, su infrastrukturu əslində qapalı dövrə prinsipi ilə işləyir: "Su anbarlardan və yaxud bəndlərdən götürülür, təmizlənərək şəhərə paylanılır. Daha sonra tullantı suları toplanılır, təmizlənir və yenidən təbiətə qaytarılır. Lakin problem ondadır ki, bu sistemlər əksər hallarda səmərəli idarə olunmur. Düzgün idarə olunmayan sistemlər səbəbindən həm böyük həcmdə su, həm də maliyyə vəsaiti itirilir".

B. İnanç qeyd edib ki, Türkiyə də iqlim dəyişiklikləri və quraqlıqdan ciddi şəkildə əziyyət çəkir. O, İzmir və Bursa kimi iri şəhərlərə ötən il su qıtlığı səbəbindən fasilələrin yaşandığını diqqətə çatdırıb: "Bəzi regionlarda təmizlənməmiş tullantı suları birbaşa su hövzələrinə axıdılır, daha sonra həmin su içməli məqsədlər üçün yenidən emal olunur. Su təmizləyici qurğular ağır çirklənmiş çay sularını təmizləmək üçün nəzərdə tutulmayıb. Əslində tullantı suları əvvəlcə effektiv şəkildə təmizlənməli, yalnız bundan sonra çaylara axıdılmalıdır".

O "non-revenue water" - yəni gəlir gətirməyən su anlayışına da toxunub: "Bu, təmizlənib şəhərə ötürülən, lakin boru sızmaları və digər səbəblərdən itirilən sudur. Dünyada gəlir gətirməyən suyun səviyyəsi 5 %-dən 83 %-ə qədər dəyişir. Su sistemlərinin saxlanılması üçün büdcənin çatışmadığından şikayət edirik, amma eyni zamanda böyük həcmdə su itiririk. Buna görə də su itkiləri minimuma endirilməlidir".

Oxşar xəbərlər

IWMI: Mərkəzi Asiyada su təhlükəsizliyi üçün ciddi çağırışlar yaranmaqdadır
IFC Azərbaycanı qlobal dayanıqlı su infrastrukturu proqramına daxil edib
Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin forumunda təqdim edilib
Hindistan WUF13-də dayanıqlı şəhər inkişafı strategiyasını təqdim etmək niyyətindədir
Honq-Konq Universitetinin professoru: “Yaşıl enerji" ilə bağlı daha çox infrastruktura ehtiyac var”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər