AFFA Asif Məmmədova görə "Qəbələ"ni 10 min manat cərimələyib
AFFA Asif Məmmədova görə "Qəbələ"ni 10 min manat cərimələyib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasının XXXI turunda mayın 9-da keçirilən "Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu dörd matçlıq cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.
Həmin qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydançaya kənar əşya atılması isə 2 000 manat ziyana salıb.
Mayın 10-da baş tutan "Neftçi" – "Şamaxı" oyununda dörd futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.
Oxşar xəbərlər
AFFA "Neftçi" - "Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb
“Sabah”ın futbolçusu bir oyunluq cəzalandırılıb
AFFA Premyer Liqada çıxış edən dörd klubu cərimələyib
Azarkeşlərinə görə “Zirə” klubuna xəbərdarlıq edilib
AFFA iki futbolçunu dörd oyunluq diskvalifikasiya edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
