DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün, 2 iyul - Azərbaycan Polisi Günü elan edilib.
Azərbaycan Polisinin yaranmasının 107-ciildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.
— Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (@polisazerbaycan)
Oxşar xəbərlər
Azərbaycan Polisi 107 yaşında
Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib
Vilayət Eyvazov Balakəndə qəbul və sıra baxışı keçirib - VİDEO
Vilayət Eyvazov Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













