Azərbaycan idmançıları "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan idmançıları "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar


Türkiyənin Bursa şəhərində keçirilən "Khan Fight 6" beynəlxalq peşəkar MMA turnirində Azərbaycan idmançıları uğurla çıxış ediblər.

Sizinxeber.az xəbər verir ki, Nihad Quliyev (70 kiloqram) braziliyalı rəqibini ilk raundda vaxtından əvvəl məğlub edərək qələbə qazanıb.

Nərmin Əliyeva (52 kiloqram) braziliyalı Rak Fiqeyredo üzərində ilk raundda boğucu fəndlə qalib gəlib. Qeyd edək ki, rəqib çəki ölçümünü tamamlaya bilmədiyindən Nərmin Əliyeva onun 2 kiloqram artıq çəki ilə döyüşməsinə razılıq verib.

Vilayət Zeynalov (66 kiloqram) isə braziliyalı təcrübəli rəqibi Qilmar Moreyra ilə qarşılaşıb. Üç raund davam edən döyüşün yekununda idmançımız hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. İdmançımız göstərdiyi yüksək performansa görə gecənin ən yaxşı döyüşü – "Fight of the Night" bonusuna da layiq görülüb.

Oxşar xəbərlər

Əli Quliyev İsveçdə keçirilən MMA turnirində qələbə qazanıb
"Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu
Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - Bu tarixdən...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər