İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.
"Sizinxeber.az" xəbər verir qonaq, ilk növbədə, Çinin Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.
O qeyd edib ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev deyib ki, Çin Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.
Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirib, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb. O, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Qonaq, həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu dedi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirdi.
Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırladı, münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını dedi.
O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirdi. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.
Can Quoçin qeyd etdi ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.
Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırladı və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, Azərbaycan "vahid Çin" siyasətini daim dəstəkləyir.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı vurğulandı.
Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olundu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulandı. Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu, siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti Çinin Baş nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti Slovakiyaya rəsmi səfərə dəvət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
