Naxçıvanda gənc alimləri bir araya gətirəcək böyük elmi platforma – NASCO29 keçiriləcək
15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı" (NASCO29) keçiriləcək.
Ənənəvi – əyani formatda baş tutacaq konfransın əsas məqsədi doktorant və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, aktual problemlərin müzakirəsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların inkişafı üçün geniş platforma yaratmaqdır. Konfransda ölkənin bütün bölgələrindən və müxtəlif elmi istiqamətlərdən olan gənc alimlər bir araya gələcək.
Elmin bütün sahələrini əhatə edəcək NASCO29 çərçivəsində iştirakçılar elmi polemikalar aparmaq, təcrübə mübadiləsi etmək və multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı əldə edəcəklər. Konfrans gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması və akademik mühitdə yeni təşəbbüslərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və resenziya mərhələsindən keçiriləcək, həmçinin akademik dürüstlük və etik prinsiplərə uyğunluğu yoxlanılacaq. Qəbul edilən materiallar konfransın rəsmi toplusunda dərc olunacaq.
Qeyd edək ki, konfransda iştirak tamamilə ödənişsizdir.
Tədbirlə bağlı ətraflı məlumat, tezis tərtibatı qaydaları və qeydiyyat prosesi ilə bağlı konfrans.ndu.edu.az saytına müraciət etmək mümkündür.
Oxşar xəbərlər
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
"İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya" adlı tələbə və gənc tədqiqatçıların IV elmi-praktik konfransı keçirilib
Elm və Təhsil Nazirliyinin tabeliyində ixtisaslaşmış 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq
Emin Əmrullayev: Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir
Elm və Təhsil Nazirliyinin tabeliyində ixtisaslaşmış 8 institut yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
