QHT Koalisiyasının sədri: WUF13 möhtəşəm təşkil olunub
sizinxeber.az xəbər saytı

QHT Koalisiyasının sədri: WUF13 möhtəşəm təşkil olunub


"Bu tədbiri təşkil edən hər kəsə, xüsusilə də Azərbaycan hökumətinə təşəkkür etmək istəyirəm".

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Sosial İnkişaf üzrə QHT Koalisiyasının sədri Melvin Vaciri deyib.

O tədbirin təşkilatçılığından danışıb:

“Məsələn, logistika çox yaxşı təşkil olunub, insanları hava limanından qarşılayıb hotellərə aparırlar, bu, çox qonaqpərvər yanaşmadır. Hoteldən tədbir məkanına nəqliyyat da çox yaxşı təşkil edilib. Hətta polis müşayiətinin olması da müsbət haldır. Təhlükəsizlik yüksək səviyyədədir, çünki polis insanların daşınması zamanı təhlükəsizliyi təmin edir.

Könüllülər də möhtəşəmdirlər. Onlar tədbirlər barədə məlumat verirlər, insanları düzgün istiqamətləndirirlər. Məkana daxil olanda isə "badge"lərin çapı çox qısa vaxt aparır, bütün proses çox rahat və axıcı şəkildə gedir. Tədbir həqiqətən möhtəşəm təşkil olunub. Buraya daxil olanda hökumətin gördüyü işlər məni heyrətləndirdi, stendlər, dekorasiya, təşkilatlanma hər şey çox peşəkardır. Hər şey rahat və sistemlidir. Mənim müşahidəmə görə, Azərbaycan artıq böyük tədbirlərin təşkilində ciddi təcrübəyə malikdir. COP29 və digər tədbirlər bunu göstərir. Mən başa düşürəm ki, WUF13-dən sonra Azərbaycan İqlim Həftəsinə də ev sahibliyi edəcək. Bu, həqiqətən çox gözəldir. Düşünürəm ki, bu, Azərbaycanın beynəlxalq qonaqpərvərliyini və təşkilatçılıq bacarığını nümayiş etdirməsinin başqa bir yoludur”.

Oxşar xəbərlər

İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
Həsən Al-Attas: Azərbaycanda mənzil tikintisi layihələri diqqət çəkir
QHT rəhbəri: Qadınlar dayanıqlı şəhər mövzusunun ayrılmaz hissəsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər