Azərbaycan səfiri keniyalı nazirlə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
Səfirliyikdən "Report"a verilən məlumata görə, görüş zamanı əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə aparıcı təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının Afrika ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilib.
Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyasında (WUF13) yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və əlaqədar hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu müstəvidə E.Vahome WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə keçirilmiş görüşlərə istinad edib.
Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini qeyd ediblər.
Səfir nazirə 2025-ci il oktyabrın 15-17-də Xankəndi və Bakı şəhərlərində keçiriləcək III Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında da məlumat verib və onu tədbirə dəvət edib.
Oxşar xəbərlər
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib
Azərbaycan III Şəhərsalma Forumunun keçiriləcəyi tarix və şəhərlər açıqlanıb
Afrika dövlətlərinin səfirləri BMT-nin Azərbaycanda keçiriləcək forumu barədə məlumatlandırılıblar
Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə başlanılıb
Azərbaycan Keniya ilə şəhərsalma sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











