Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
sizinxeber.az xəbər saytı

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ


Sabah hava necə olacaq?

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Sizinxeber.az-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.

Oxşar xəbərlər

Sabah ölkə ərazisində 41 dərəcə isti olacaq
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
Sabah ölkə ərazisində 40 dərəcə isti olacaq
Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər