"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib - FOTO
"Azərsun Holdinq"un təşkilatçılığl ilə media nümayəndələri üçün "Qafqaz Konserv Zavodu"na mediatur keçirilib. Tur zamanı jurnalistlər “Bizim Tarla” kompotlarının istehsal prosesi ilə yaxından tanış olublar.
Media nümayəndələrini qarşılayan zavodun direktoru Famil Qeybullayev müəssisənin fəaliyyət istiqamətləri, istehsal gücü və məhsulların hazırlanmasının bütün mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, "Qafqaz Konserv Zavodu" yüksək keyfiyyətli məhsullar istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.
Direktor qeyd edib ki, zavodun əsas fəaliyyət istiqamətlərindən biri yerli fermer və bağ sahibləri ilə uzunmüddətli əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində meyvə istehsalçıları məhsullarını sabit və sərfəli qiymətlərlə realizə edirlər, həmçinin kənd təsərrüfatının inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində mühüm nəticələr əldə olunur.
Media tur çərçivəsində jurnalistlər zavodun istehsal sahələrini gəzərək məhsulların xammalın qəbulundan emalına, qablaşdırılmasından hazır məhsulun anbara göndərilməsinədək bütün istehsal mərhələlərini yaxından izləyiblər. Onlara istehsal prosesində tətbiq olunan müasir avadanlıqlar, keyfiyyətə nəzarət sistemi və qida təhlükəsizliyi standartları barədə ətraflı məlumat təqdim olunub.
Oxşar xəbərlər
Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib - FOTO
“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası keçirib - FOTO
Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO
“Azərsun Holdinq” müəssisələri Türkiyədə mükafat qazanıblar - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə məşqi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
