Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
sizinxeber.az xəbər saytı

Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq


Bakıda daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə “APA-Economics”ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) 02 iyul 2026-cı il saat 10:00-dan 04 iyul saat 07:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) isə 02 iyul saat 10:00-dan 03 iyul saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Daha sonra, 03 iyul saat 22:00-dan 06 iyul saat 07:00-dək sözügedən yol sahəsi tam bağlanacaq.

AAYDA sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələrini çağırıb.

Oxşar xəbərlər

Bakının iki mərkəzi küçəsində təmirlə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakının bir sıra yollarında hərəkət qismən və tam olmaqla məhdudlaşdırılacaq
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Hüseyn Cavid prospekti ilə Ayna Sultanova küçəsində frezlənmə və asfaltlanma işləri aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər