Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub - FOTO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən birgə hazırlanmış "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev, deputatlar, Müdafiə Nazirliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın orta güc statusu uzunmüddətli inkişaf prosesinin nəticəsidir və bu yol təxminən 30 illik dövrü əhatə edir. O qeyd edib ki, təqdim olunan hesabat ali təhsil müəssisələrində, eləcə də digər elmi və praktiki fəaliyyət sahələrində mühüm mənbə kimi istifadə olunacaq.
Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev isə çıxışında vurğulayıb ki, Azərbaycan Ordusu beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. General-mayor bildirib ki, regionda və dünyada baş verən müasir proseslər Azərbaycan Ordusunun potensialının daha da gücləndirilməsini zəruri edir.
Milli Məclisin deputatı Gülşən Paşayeva çıxışında qeyd edib ki, hazırda BMT-nin sülhməramlı missiyalarında 121 ölkədən 65 mindən çox hərbi qulluqçu və digər personal iştirak edir.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi, polkovnik Abdulla Abdullayev isə bildirib ki, sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına mühüm töhfə verib.
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri general-mayor Elman Səmədov çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin hansı istiqamətdə inkişaf etdiriləcəyi indidən planlaşdırılmalıdır.
Sonda hesabat ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
İdarə rəisi: Azərbaycan Ordusu beynəlxalq sülhün təmin olunmasına mühüm töhfələr verir
Fərid Şəfiyev: Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin əsasında ordu dayanır
BMTM: Fransa-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəldilməsi hər iki xalqın marağındadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
