Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri son oxunuşda qəbul edib
sizinxeber.az xəbər saytı

Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri son oxunuşda qəbul edib


Milli Məclis Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.

Xatırladaq ki, sənəd bundan əvvəl Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub.

Oxşar xəbərlər

Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul edib
MM-in növbədənkənar sessiyasının növbəti iclasında 14 məsələ müzakirə olunacaq
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Azay Quliyev: Yeni qanun layihəsi Azərbaycan vətəndaşının mülkiyyət hüququnun ən ali səviyyədə bərpasına xidmət edir
Vüqar Rəhimzadə: İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər