Unibank-ın baş direktoru: Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər
Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər.
"APA-Economics" xəbər verir ki, bu barədə Unibank-ın Biznes Bankçılığı üzrə baş direktoru Tahir Qəribov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bunun üçün dövlət texnologiyaları (GovTech), texnoloji yeniliklər, süni intellekt və proseslərin daha səmərəli təşkili lazımdır:
"Yəni insan müdaxiləsinin minimuma endiyi proseslər bank sisteminin əsas inkişafverici qüvvəsinə çevriləcək. Düşünürəm ki, qarşıdakı 3–5 il ərzində bank və maliyyə sektoru daha da dərinləşəcək və ilkin mərhələdə bəsit olsa da, bütöv bir ekosistemə çevriləcək".
"Mənim fikrimcə, maliyyə sektoru və maliyyə vasitəçiləri olaraq diqqətimizi kapital bazarlarına və sığorta bazarına da yönəltməliyik. Çünki müəyyən mərhələdən sonra korporativ şirkətlər maliyyələşmə üçün kapital bazarlarına çıxmalıdırlar. Kommersiya banklarının əsas diqqəti isə mikro, kiçik və orta sahibkarlığın (MSME-lərin) maliyyələşdirilməsinə yönəlməlidir. Sığorta mexanizmlərinə gəldikdə isə düşünürəm ki, burada əsas məsələ biznesin maarifləndirilməsidir. Çünki görürük ki, bəzi şirkətlər sığortanın və müxtəlif risklərin azaldılması mexanizmlərinin əhəmiyyətini hələ də kifayət qədər qiymətləndirmirlər", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Serhat Köksal: QDTİB Azərbaycana investisiyaları artırmağa hazırdır
QDTİB fəaliyyətə başladığı vaxtdan layihələrə 9 mlrd. avrodan çox vəsait ayırıb
QDTİB prezidenti: Bank 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya üzərində işləyir
Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb
Nazir: Azərbaycan iqtisadiyyatında çox ciddi transformasiya baş verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
