Azərbaycan Keniya ilə şəhərsalma sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan Keniya ilə mənzil təminatı, ekoloji cəhətdən təmiz, təhlükəsiz və dayanıqlı şəhərsalma sahəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
"Nayrobi şəhərinə səfər çərçivəsində Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə səmimi görüş keçirilib. Həmçinin, əziz həmkarımızı 2026-cı ildə Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə, "yaşıl" və dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsinə qoşulmağa dəvət etdik", - A. Quliyev bildirib.
Oxşar xəbərlər
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun tarixləri dəqiqləşib
Azərbaycan ADB ilə şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib
Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı müzakirə edib
Mərakeş naziri Bakıda keçiriləcək beynəlxalq foruma dəvət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











