Maka Boçorişvili: Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin strateji kursunun Avropa İttifaqına inteqrasiya olaraq qaldığını bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, nazir bu barədə Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsində planlaşdırılan panel müzakirəsində iştirak etməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Boçorişvilinin sözlərinə görə, builki müzakirələr çoxvektorlu diplomatiyaya həsr olunub və bu mövzu Gürcüstan üçün həm coğrafi mövqeyi, həm də geosiyasi reallıqlar baxımından xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, Gürcüstan müxtəlif region ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirir və bunun əsas məqsədi ölkənin regional bağlantı və tranzit imkanlarından daha səmərəli istifadə etməkdir.
Nazir vurğulayıb ki, bu siyasət Gürcüstanın strateji xarici siyasət kursunun dəyişməsi anlamına gəlmir.
"Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır və bu, bizim üçün mühüm istiqamətdir. Çıxışımda da bu mövqeni açıq şəkildə ifadə edəcəyəm", - deyə Maka Boçorişvili bildirib.
Oxşar xəbərlər
Maka Boçorişvili: Gürcüstanın Avropaya inteqrasiya kursu tarixi seçimdir
Maka Boçorişvili: Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur
Maka Boçorişvili: Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi
Boçorişvili: Avroparlamentin Gürcüstanla bağlı qətnamələri milli maraqlarımıza qarşı yönəlib
Boçorişvili: Gürcüstan üçün vacib mövzuların gündəmə gətirilməsi baxımından Antalya Forumu mühüm platformadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
