DÇ-2026: Messi dünya mediasının gündəmi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2026
11:00
ff

DÇ-2026: Messi dünya mediasının gündəmi olub

28 in, 2026
11:00
374

DÇ-2026: Messi dünya mediasının gündəmi olub

2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatıb və bütün pley-off cütlükləri müəyyənləşib.

Espn məlumat verir ki, son oyun günündə diqqət mərkəzində Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Argentina yığmasının lideri Lionel Messi olub.

Portuqaliya qrup mərhələsinin son oyununda Kolumbiya ilə qolsuz heç-heçə edib. Ronaldo meydana yeni qızılı rəngli butsilərlə çıxıb və görüş ərzində komandasının heyətində ən çox diqqət çəkən futbolçulardan biri olub. Buna baxmayaraq, Portuqaliya qrupu ikinci pillədə başa vurub, Kolumbiya isə lider kimi növbəti mərhələyə yüksəlib.

Argentina isə İordaniya ilə qarşılaşmada əsas heyətdə bir sıra dəyişiklik edib. Baş məşqçi Lionel Skaloni əsas futbolçularını, o cümlədən Lionel Messini ehtiyatda saxlayaraq onlara istirahət verməyə üstünlük verib

Futbol ictimaiyyətinin diqqəti indi çempionatın həlledici mərhələsinə yönəlib. Turnirin favoriti hesab olunan komandalar kubok uğrunda mübarizəni davam etdirəcək, ilk pley-off oyunlarında isə bir sıra maraqlı qarşılaşmalar azarkeşləri gözləyir.

Bizimlə əlaqə saxlayın

×
×