Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik
sizinxeber.az xəbər saytı

Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik


Pakistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır.

"Sizinxeber.az"un xəbərinə görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd olunur ki, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda - Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır.

"Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionunun sülhsevər gələcək kursunun müəyyən olunmasında müdrikliyi və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və tarixinin bu şərəfli məqamında biz də onun yanındayıq.

Biz həmçinin ABŞ prezident Donald Trampın rəhbərliyi altında hər iki tərəfə ticarət, əlaqə və regional inteqrasiya üçün yeni imkanlar açan razılaşma əldə etməyə imkan verən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzanan münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”, - Şahbaz Şərif vurğulayıb.

Oxşar xəbərlər

Şahbaz Şərif İlham Əliyevi və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Pakistan Baş naziri Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər