Kobaxidzenin erməni nazirlə görüşündə Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqlar müsbət qiymətləndirilib
sizinxeber.az xəbər saytı

Kobaxidzenin erməni nazirlə görüşündə Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqlar müsbət qiymətləndirilib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə görüş zamanı Cənubi Qafqazda sülh və sabitlik məsələlərini müzakirə edib.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması istiqamətində aparılan danışıqların yekun mərhələyə çatması yüksək dəyərləndirilib.

Tərəflər sənədin yaxın vaxtlarda imzalanacağına ümid ifadə ediblər.

Baş nazir Kobaxidze Gürcüstan hökumətinin regionda davamlı sülhün və sabitliyin təmin olunması, eləcə də Bakı ilə İrəvan arasında dialoqun təşviqinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə Gürcüstanın daxili işlər naziri Gela Geladze də iştirak edib.

Oxşar xəbərlər

Gürcüstanın daxili işlər naziri Ermənistana səfərə yollanıb
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb, regionda sülh prosesini müzakirə edib
İrakli Kobaxidze ATƏT-in baş katibi ilə regional vəziyyəti müzakirə edib
Qafarova və Kobaxidze Bakı və Tbilisi arasında strateji tərəfdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle