Fazil Mustafa: İrəvan qazılığının bərpası Qərbi Azərbaycana qayıdış strategiyasının önəmli həlqələrindəndir
İrəvan qazılığının bərpa olunması Qərbi Azərbaycana qayıdış strategiyasının ən önəmli həlqələrindən biridir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, bu addım gələcəkdə Azərbaycanın ora qayıdan insanları üçün ciddi perspektiv vəd edir.
Komitə sədri çıxışı zamanı Azərbaycanda narkotiklə mübarizə haqqında məsələyə də toxunub. O xatırladıb ki, Yasamal rayonunda sakinlər kameraların köməyi ilə narkotik maddə dövriyyəsinin aşkarlanmasına kömək etdilər:
“Bu, çox təqdirəlayiq addımdır. İnsanlar prosesə qoşulmasalar, Azərbaycanı narkotik bəlasından qurtara bilməyəcəyik. Lakin həmin şəxslərin həbs edilməsinin də tərəfdarı deyiləm. Həbsxanaları bu kateqoriyadan olan insanlarla doldurmaq oradakı insanların da həyatını riskə atır. Bu cür şəxslər mütləq müalicə və reabilitasiyaya cəlb edilməlidir. İlk növbədə, məktəblərin ətrafında ola biləcək satış mexanizmlərini ortaya çıxarıb, qarşısını almaq vacibdir”.
Oxşar xəbərlər
Fazil Mustafa: İrəvan Qazılığının bərpası ilə bağlı qanunlara müvafiq dəyişikliklər ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fazil Mustafa: Küçədə dilənçilik edən uşaq dərhal valideynindən alınmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Qarabağa min erməni qayıdacaqsa, Qərbi Azərbaycana da min azərbaycanlı qayıtmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaxın günlərdə iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












