Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaxın günlərdə iclası keçiriləcək
Milli Məclisdə yeni yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaxın günlərdə iclası keçiriləcək.
"Report" xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova oktyabrın 22-də keçirilən plenar iclasda bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev də Qərbi Azərbaycanla bağlı məsələləri dəfələrlə qaldırıb: “Ümumi fikri ifadə edərək Təşəbbüs Qrupunun yaradılması haqqında sərəncama imza atdım. Təşəbbüs Qrupunun fəaliyyətinin aydınlaşdırılması üçün yaxın günlərdə iclas keçirilməsi mütləqdir”.
Təşəbbüs Qrupunun rəhbəri, deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı mina terroru və müharibəni davam etdirir, bunun üçün sürətlə silahlanır: "Proseslərin fonunda İcmanın müraciəti ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təklifi qəbul edildi. İnanıram ki, Təşəbbüs Qrupu öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün çalışacaq".
Oxşar xəbərlər
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
Ermənistanda Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyası başlayıb
Bakı Təşəbbüs Qrupunun Bəyanatı
“Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması üçün Milli Məclisə müraciət ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
