Fazil Mustafa: Küçədə dilənçilik edən uşaq dərhal valideynindən alınmalıdır
sizinxeber.az xəbər saytı

Fazil Mustafa: Küçədə dilənçilik edən uşaq dərhal valideynindən alınmalıdır


Küçədə dilənçilik edən hansı uşaq tutulsa, dərhal valideynindən alınmalıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməli və aidiyyəti üzrə yerləşdirilməlidir.

Deputat həmçinin Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə alınmalı olduğuna diqqət çəkib:

“Çünki din təhsili dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bundan kənar dini təhsilə cəlb edilmə qanunsuzdur”.

Oxşar xəbərlər

Deputat dövlət nəzarətindən kənarda dini təhsillə bağlı məsələlərin insan alveri cinayəti kimi qiymətləndirilməsini təklif edib
Deputat: Dini qurumlara ayrılan vəsaitin əsasən dəyərlərimizin təbliğinə xərclənməsi daha məqsədəuyğundur
Azərbaycanda dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər