FHN Sumqayıtda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirib
sizinxeber.az xəbər saytı

FHN Sumqayıtda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, tədbir çərçivəsində FHN-in Sumqayıt Regional Mərkəzində Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderə həsr olunmuş foto və kitab sərgilərinə baxış keçirilib.

Daha sonra tədbir rəsmi hissə ilə davam edib.

FHN Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev və digər natiqlər çıxış etdikdən sonra tədbirin bədii hissəsi baş tutub. 

Tədbirdə şəhid övladlarından təşkil olunmuş “Əmanət” xor qrupunun üzvləri təltif olunub, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Xilasetmə Hissələrinin alət-avadanlıqlarına baxış keçirilib.

Sonda ərazidə 102 ədəd ağac və gül kolları əkilib, 102 ədəd helium şarı havaya buraxılıb.

Oxşar xəbərlər

FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər