Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilir
Naxçıvan şəhərində "Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu" mövzusunda konfrans təşkil olunub.
"Report"un yerli bürosunun məlumatına görə, konfrans iştirakçıları tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.
Konfransdan əvvəl Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış olub.
Konfransda rəsmi çıxışlar, muxtar respublikanın 100 illiyinə həsr olunmuş videoçarxın nümayişi, Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyasının təqdimatında kompozisiya, Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin konserti nəzərdə tutulub.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirəcək.
Oxşar xəbərlər
Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
Naxçıvanda baramaçılığın inkişafına həsr olunan konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib

