Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi fəaliyyəti ilə seçilən qadınlar iştirak ediblər.
Tədbirdə Azərbaycan qadınları haqqında hazırlanan videoçarx təqdim edilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirilib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclis Sədrinin I müavini Əli Əhmədov və AZAL-ın təyyarə qəzasında sağ qalan, "Rəşadət" ordenli stüardessa Aydan Rəhimli çıxış ediblər.
Onlar Azərbaycan qadınlarını təbrik edib, qadınlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aydan Rəhimli: Təyyarə qəzasında sağ qalmağım möcüzədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahar Muradova ŞƏT-in Qadınlar Forumunda iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əhmədov: Bütün sahələrdə qadın iştirakçılığının artması Azərbaycanın potensialının yüksəlməsində başlıca amillərdəndir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












