Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qurgen Stepanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən Ermənistan Respublikasının vətəndaşı kimi 2006-cı ildə hərbi xidmətə çağırıldığını, hərbi xidmətini 2 il müddətində Azərbaycan Respublikasının həmin vaxt işğalda olan Füzuli rayonunda çəkdiyini bildirib.
APA xəbər verir ki, o, “Ermənistanın Cermux şəhərində yaşayırdım. Məni hərbi xidmətə Ermənistan dövləti çağırmışdı”, - deyib.
Q.Stepanyan xidmət etdiyi hərbi hissədə zabitlər arasında Ermənistan vətəndaşlarının sayca üstünlük təşkil etdiyini də bildirib.
Sonrakı dövrdə “Xocavənd alayı”na qoşulduğunu deyən təqsirləndirilən şəxs xidməti müqabilində bank kartı vasitəsilə maaş aldığını etiraf edib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 11-də davam etdiriləcək.
Oxşar xəbərlər
Qurgen Stepanyan Azərbaycanın vaxtilə işğalda olan ərazilərində Ermənistan vətəndaşları olan zabitlərin say üstünlüyünü etiraf edib
David Manukyan Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə silahların Ermənistandan gətirildiyini etiraf edib
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib
Erməni general: Qondarma rejimin “müdafiə naziri”ni Ermənistan prezidenti təyin edirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











