TDT çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun yaradılması təklif edilib
sizinxeber.az xəbər saytı

TDT çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun yaradılması təklif edilib


Ankarada keçirilən ikitərəfli görüşlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türk Dövlətləri Təşkilatı çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun yaradılması, əmək və məşğulluq məsələlərinə cavabdeh nazirlərin mütəmadi iclaslarının keçirilməsi təklifini irəli sürüb.

"Sizinxeber.az" xəbər verir ki, Ankarada nazir Sahil Babayevin həmkarı Vedat İşıkhan ilə görüşündə təşkilata üzv ölkələrin əmək və sosial müdafiə qurumları arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

S.Babayev Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu ilə də görüşündə isə son dövrlərdə ikitərəfli təmasların dinamikasında ciddi artım olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşlər TDT-yə üzv dövlətlərin əmək və sosial müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə Ankarada “Türk dövlətlərində sosial müdafiə, əmək və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle