İran XİN: ABŞ ilə danışıqlarda heç bir irəliləyiş yoxdur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
02:00
0
0
1 134
ff aaaaaaa

İran XİN: ABŞ ilə danışıqlarda heç bir irəliləyiş yoxdur

23 may, 2026
02:00
1 134

İran XİN: ABŞ ilə danışıqlarda heç bir irəliləyiş yoxdur

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai Tehran və Vaşinqtonun münaqişəyə son qoymaq üçün hələlik razılaşmaya yaxın olmadıqlarını bildirib.

"Report"un "Tasnim" agentliyinə istinadən xəbərinə görə, diplomat qeyd edib ki, tərəflər sazişin yaxın olmasından danışmağın mümkün olduğu mərhələyə çatmayıblar.

Onun sözlərinə görə, danışıqlarda əsas məsələ hərbi əməliyyatların dayandırılmasıdır.

Baqai həmçinin Pakistan Ordusunun rəisi Asim Munirin Tehrana səfərinə münasibət bildirib və xarici nümayəndə heyətləri ilə əlaqələrin intensivləşdirilməsinin diplomatik prosesin bir hissəsi olduğunu bildirib.

Bundan əlavə, o, Qətərdən olan bir nümayəndə heyətinin İran xarici işlər naziri Abbas Əraqçi ilə məsləhətləşmələr apardığını bildirib, lakin oun sözlərinə görə, Pakistan ABŞ ilə danışıqlarda vasitəçi rolunu oynamağa davam edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul