Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev onlayn görüş zamanı sosial sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Sizinxeber.az” bu barədə Özbəkistan KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, “Özbəkistan və Azərbaycan ərazisində müvəqqəti olan iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsi haqqında” hökumətlərarası saziş layihəsi görüşdə əsas müzakirə mövzusu olub.
“Nazirlər əmək müfəttişliyi, əmək müqavilələrinin elektron platforması və elektron audit məsələləri daxil olmaqla praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin əsas istiqamətlərini müəyyən ediblər. Bundan başqa, Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin monomərkəzləri ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə təhsili mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, habelə risk analizi sistemi vasitəsilə əmək qanunvericiliyinin pozulması hallarının müəyyən edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması müzakirə edilib.
Özbəkistanda Azərbaycanın DOST və “Əmək və Məşğulluq” (ƏMAS) elektron sistemlərinin, eləcə də əmək arbitrajı təcrübəsinin tətbiqi imkanlarına xüsusi diqqət yetirilib”, - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Oktyabrda Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Fərman imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT nümayəndəsi ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin altı ayında 84 min manata yaxın gecikdirilmiş sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












