Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə səfiri Cahit Bağcı və səfirliyin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı ilə görüşdə Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair pensiya təminatı sahəsində yeni sənəd layihəsinin hazırlandığını qeyd edilib.
Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair səkkiz sənəd imzalanır.
Görüş zamanı S.Babayev əvvəllər Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri vəzifəsində çalışmiş F.B.Alodalını Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
C.Bağcı iki ölkənin yüksək səviyyədə olan münasibətlərinin sosial sahəni də əhatə etməsinin məmnunluq doğurduğunu qeyd edib. Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb
Oxşar xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
Avqust ayının pensiya ödənişi yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
